CƏMİYYƏT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəblilər üçün Situasiya Mərkəzinə ekskursiya təşkil olunub - FOTO
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı Avropa Liseyinin şagirdləri Situasiya Mərkəzində ekskursiyada olub.
Ekologiya.az bildirir ki, tədbir zaman Xidmətin mütəxəssisləri tərəfindən məktəblilərə Hidrometeorologiya muzeyində yer alan milli hidrometeorologiya tariximizi əks etdirən foto şəkillər, eksponatlar, ölçü cihazları nümayiş etdirilərək məlumat verilib.