Tam versiya
Ana səhifə CƏMİYYƏT COP28-də Azərbaycan pavilyonunu 6 mindən çox şəxs ziyarət edib
CƏMİYYƏT

COP28-də Azərbaycan pavilyonunu 6 mindən çox şəxs ziyarət edib


Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28-də Azərbaycan pavilyonunu 6 mindən çox şəxs ziyarət edib.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu il noyabrın 30-dan dekabrın 12-dək keçirilən sessiyada Azərbaycan ilk dəfə olaraq pavilyonla təmsil olundu. Pavilyon Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılmışdı.
COP28-də fəaliyyətini uğurla başa vuran ölkəmiz artıq COP29-un ev sahibidir.

Paylaş:
Tam mətni oxu →