Tullantıların düzgün idarə olunması sahəsində məktəblilərə təlim keçirilib
Məktəblilərin ekoloji şüurunun artırılması, təbii resursların səmərəli istifadəsi və tullantıların düzgün idarə edilməsinin vacibliyini vurğulamaq məqsədilə COP29 Məlumat Mərkəzində maarifləndirici görüş təşkil edilib.
Ekologiya.az xəbər verir ki, görüş zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Səyyarə Məmmədova tərəfindən şagirdlərə tullantıların növləri, təbiətə və sağlamlığa təsirləri, tullantıların çeşidlənməsinin vacibliyi, təkrar emalın əhəmiyyəti barədə məlumatlar verilib.