Tam versiya
Ana səhifə CƏMİYYƏT Türkiyədə zəlzələ - 24 saatda eyni bölgə ikinci dəfə silkələndi
CƏMİYYƏT

Türkiyədə zəlzələ - 24 saatda eyni bölgə ikinci dəfə silkələndi


Türkiyənin Gümüşhane vilayətində yenidən zəlzələ olub.

Bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Kelkit rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.1 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 15.68 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, eyni ərazidə dünən gecə saat 1 radələrində də zəlzələ baş verib.

Paylaş:
Tam mətni oxu →