Tam versiya
Ana səhifə CƏMİYYƏT Ov qaydalarını pozan şəxslər saxlanılıb - ADLAR
CƏMİYYƏT

Ov qaydalarını pozan şəxslər saxlanılıb - ADLAR


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Zəvvar  Ovçuluq Təsərrüfatında və Samux rayonunun inzibati ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.


Ekologiya.az bildirir ki, araşdırma zamanı həmin şəxslərin Cəlilabad rayonu Günəşli kənd sakinləri Cəmil Şahbazov, Şəhriyar Cananov,  Mingəçevir şəhər sakini Müsəllim Məmmədov və Gəncə şəhər sakini Elşən Vəliyev olduğu müəyyən edilib, onlardan 3 ədəd ov silahı və qanunsuz ovlanmış ov obyektləri aşkar edilərək maddi sübut kimi götürülüb.


Faktla bağlı adıçəkilən şəxslər barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
Paylaş:
Tam mətni oxu →