CƏMİYYƏT
Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tələbələrlə görüş keçirib
Milli Hidrometeorologiya Xidmətinin əməkdaşlarının iştirakı ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrlə maarifləndirici tədbir keçirilib.
Ekologiya.az bildirir ki, tədbir çərçivəsində əməkdaşlar “Azərbaycanda iqlim dəyişmələri fəaliyyətləri” mövzusunda çıxış edib. Tələbələrə dünyanı narahat edən qlobal problemlərdən biri olan iqlim dəyişmələri, ətraf mühitə mənfi təsirlər göstərən istixana qazlarının emissiyalarının dünya miqyasında sürətli artımı və Azərbaycanın da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmadığı barədə məlumatlar verilib.