Tam versiya
Ana səhifə CƏMİYYƏT Azərbaycanda AĞIR YOL QƏZASI: Ölən və xəsarət alan var - FOTO
CƏMİYYƏT

Azərbaycanda AĞIR YOL QƏZASI: Ölən və xəsarət alan var - FOTO


Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Ekologiya.az-ın məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

 

İlkin məlumata görə, "VAZ 2110" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

 

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.(Report)





Paylaş:
Tam mətni oxu →