Ana səhifə›
CƏMİYYƏT
›
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub, beş nəfər təxliyə edilib
CƏMİYYƏT
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub, beş nəfər təxliyə edilib
Ekologiya
AMP
Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın olub, beş nəfər təxliyə edilib.Ekologiya.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Qeyd edilib ki, yanğınsöndürənlərin müdaxiləsi sayəsində binanın 2-ci mərtəbəsində yerləşən elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən söndürülüb.Təhlükəsizlik tədbirləri çərçivəsində bir azyaşlı olmaqla ümumilikdə beş nəfər bina sakini təxliyə olunub.Yanğın nəticəsində elektrik lövhəsində 5 ədəd sayğac və 5 ədəd qoruyucu açar yanıb.Mənzillər yanğından mühafizə olunub.