Tam versiya
Ana səhifə CƏMİYYƏT ETSN və Azərbaycanın COP komandası ağacəkmə aksiyası keçirib - FOTO
CƏMİYYƏT

ETSN və Azərbaycanın COP komandası ağacəkmə aksiyası keçirib - FOTO


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycanın COP komandasının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Bu barədə Ekologiya.az-a ETSN-dən məlumat verilb.

Qeyd edilib ki, ETSN, COP komandası və könüllülərin iştirakı ilə Bakının Xocasən qəsəbəsində keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Bildirilib ki, artıq bir neçə ildir ölkədə davam edən genişmiqyaslı ağacəkmə aksiyaları yaşıllıq sahələrinin artırılmasını təşviq etməyə, ətraf mühitin mühafizəsinə, ekoloji təhlükəsizliyin təmininə və iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsinə istiqamətlənib.



Paylaş:
Tam mətni oxu →