İstanbulda güclü ZƏLZƏLƏ TƏHLÜKƏSİ: 1,5 milyon çəhər sakini təcili köçürülür
Türkiyə hökuməti təmir proqramı çərçivəsində 5 il ərzində İstanbulda 1,5 milyon evin sakinlərini köçürməyi planlaşdırır.
Ekologiya.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16 milyonluq meqapolisin mənzil fondunun yenilənməsi üzrə "Yol xəritəsi"nin təqdimatında deyib.
Bildirilib ki, prioritet olaraq 600 min zəlzələyə davamlı ev tikiləcək.
Qeyd edək ki, seysmoloqlar İstanbul ərazisində 7 və daha yüksək bal gücündə zəlzələ ola biləcəyi ilə bağlı daim xəbərdarlıq edirlər.
Paylaş:
Tam mətni oxu →