Ana səhifə›
CƏMİYYƏT
›
Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək
CƏMİYYƏT
Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək
Ekologiya
AMP
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək.Bu barədə Ekologiya.az-a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, Vilayət Eyvazov 2025-ci il yanvar ayının 8-də İsmayıllı Rayon Polis Şöbəsinin inzibati binasında İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan şəhər və rayonlarının sakinlərini qəbul edəcək:"Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 07.01.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur".