CƏMİYYƏT
İstirahət günlərində milli parkları 3515 nəfər ziyarət edib
Bayram günlərində vətəndaşların istirahətini daha maraqlı və faydalı etmək, ekoloji şüurun artırılmasına dəstək olmaq məqsədilə milli parklarda müxtəlif tədbirlər təşkil olunub.
Belə ki, Şirvan və Ağgöl Milli Parklarında parkı ziyarət edən turistlər teleskopla quşları müşahidə edib, Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivindən donmuş şəlaləyə gəzinti təşkil olunub.