Tam versiya
Ana səhifə CƏMİYYƏT Sabunçuda şirniyyat emalı müəssisəsində nöqsanlar aşkarlanıb
CƏMİYYƏT

Sabunçuda şirniyyat emalı müəssisəsində nöqsanlar aşkarlanıb


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının Bakının Sabunçu rayonunda fiziki şəxs Ağalarov Məmməd Ədnan oğluna məxsus şirniyyat emalı müəssisəsində apardığı yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitariya norma və qaydalarına əməl edilmədiyi məlum olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, emal zamanı istehlaka yararsız məhsullardan istifadə olunduğu aşkarlanıb.

Faktla bağlı müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Paylaş:
Tam mətni oxu →