Tam versiya
Ana səhifə CƏMİYYƏT Göyçayda konyak zavodunun anbarında yanğın olub
CƏMİYYƏT

Göyçayda konyak zavodunun anbarında yanğın olub


Göyçay rayonunun Ləkiçılpaq kəndində, konyak zavodunun ərazisində ümumi sahəsi 300 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və ümumi sahəsi 165 m² olan sexin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Paylaş:
Tam mətni oxu →