Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçiriləcək - ELAN
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn məsələlərlə bağlı ictimai dinləmə keçiriləcək.
7 fevral 2025-ci il tarixində, saat 15:00-da Dövlət Ekoloji Ekspertiza Agentliyində keçiriləcək
tədbirdə dövlət qurumları, QHT və KİV nümayəndələri ekoloqlar iştirak edəcək.
İctimai dinləmədə iştirak etmək istəyən şəxslər Dövlət Ekoloji Ekspertiza Agentliyinə dəvət olunurlar.
Əlaqələndirici şəxs: Elnur Ağayev, Dövlət Ekoloji Ekspertiza Agentliyinin əməkdaşı,
Tarix: 7 fevral 2025-ci il
Saat: 15:00
Ünvan: Dövlət Ekoloji Ekspertiza Agentliyinin inzibati binası - Heydər Əliyev prospekti 10
Ekologiya.az