Tam versiya
Ana səhifə CƏMİYYƏT FHN: Ötən gün 33 yanğına çıxış olub, 9 nəfər xilas edilib
CƏMİYYƏT

FHN: Ötən gün 33 yanğına çıxış olub, 9 nəfər xilas edilib


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112 qaynar telefon xətti”nə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb və insanların həyatı xilas olunub.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla, 9 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Paylaş:
Tam mətni oxu →