Qar uçqunu nəticəsində iki nəfər həlak olub
İtaliyanın şimalındakı Kortina bölgəsində baş verən qar uçqunu nəticəsində iki nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, Alp dağlarına qalxan üç alpinist qar uçqunu altında qalıb. Axtarış-xilasetmə əməliyyatı nəticəsində alpinistlər uçqun altından çıxarılaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi xəstəxanada vəfat edib, birinin müalicəsi isə davam edir.
Paylaş:
Tam mətni oxu →