Tam versiya
Ana səhifə DÜNYA Zavodda baş verən yanğın nəticəsində yaralıların sayı 53 nəfərə çatıb
DÜNYA

Zavodda baş verən yanğın nəticəsində yaralıların sayı 53 nəfərə çatıb


İranın Əlborz əyalətində zavodda baş verən yanğın nəticəsində yaralıların sayı 53 nəfərə çatıb.

Əlborz əyalətində zavodda baş verən qəfil yanğında xəsarət alanlar xəstəxanalara yerləçdirilib.

“Report” xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, yanğına qaz məhlulunun partlaması səbəb olub.

Zərərçəkənlərin yerləşdirildiyi tibb mərkəzinin rəhbəri bəzi yaralıların vəziyyətini ağır qiymətləndirib.
Yanğın lokallaşdırılıb.

Paylaş:
Tam mətni oxu →