NASA və JAXA qonşu qalaktikada baş verənləri yayımlayıb
NASA və JAXA qonşu qalaktikada fövqəlnova partlayışının təfərrüatlı görüntüsünü yayımlayıb.
Amerika NASA Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) ilə birlikdə kosmosun dərinliklərində ulduzun partlaması ilə bağlı ətraflı rentgen şəklini nümayiş etdirib. Bu tədqiqat uğuru kainatın ən isti bölgələrini araşdırmaq məqsədi daşıyan XRISM (X-ray Imaging and Spectroscopy Mission) kosmik teleskopu sayəsində mümkün olub.
Bu, ilk elmi XRISM şəklidir və onunla birlikdə elm adamları ilk dəfə N132D kimi tanınan fövqəlnova qalığının ətraflı təhlilini aparıblar.
Paylaş:
Tam mətni oxu →