• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • COP29 nümayəndə heyəti Sevilyada beynəlxalq konfransda iştirak edir

    02

    iyl

    COP29 nümayəndə heyəti Sevilyada beynəlxalq konfransda iştirak edir

    COP29 nümayəndə heyəti inkişafın maliyyələşdirilməsi üzrə 4-cü Beynəlxalq konfransda iştirak etmək üçün Sevilyaya səfər edib.

    Bu barədə "Report" COP29-un “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

    "Bu gün COP29 sədrliyinin nümayəndə heyəti inkişafın maliyyələşdirilməsi üzrə 4-cü Beynəlxalq konfransa qatılmaq üçün Sevilyaya səfər edib. Nümayəndə heyəti iqlim dəyişikliyi ilə mübarizə mövzusunu qlobal gündəliyin mərkəzində saxlamağı və hökumətlərə Bakı konfransında götürdükləri öhdəlikləri xatırlatmağı planlaşdırır", - paylaşımda qeyd olunub.

    Konfrans iyunun 30-dan iyulun 3-dək Sevilyada keçiriləcək və dayanıqlı inkişafa investisiyaların yatırılmasını müzakirə etmək üçün dünya liderlərini, beynəlxalq qurumların, vətəndaş cəmiyyətinin və müxtəlif BMT orqanlarının nümayəndələrini bir araya gətirəcək.

    Tarix : Dünən, 19:55 | Oxunub: 152