Tam versiya
Ana səhifə DÜNYA Dost ölkədə 7,8 bal gücündə zəlzələ oldu
DÜNYA

Dost ölkədə 7,8 bal gücündə zəlzələ oldu


Rusiyanın Buryatiya Respublikasında 7,8 bal gücündə zəlzələ qeydə alınıb.

Ekologiya.az bildirir ki, bu barədə Rusiya FHN-in İrkutsk vilayəti üzrə İdarəsi məlumat yayıb.

 Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla 20:52-də baş verib. Zəlzələnin mərkəzi Buryatiyanın Saxuli yaşayış məntəqəsindən 58 kilometr aralıda yerləşib. Burada təkanların gücü 7,8 bala çatıb. İrkutskda 3 bal, Olxonsk rayonunda 3-4 bal, Kazaçinsko-Leninsk rayonunda isə 4 bal gücündə zəlzələ olduğu bildirilir.

FHN-in məlumatına görə, zəlzələ nəticəsində dağıntılar qeydə alınmayıb.

Paylaş:
Tam mətni oxu →