Fransa Bakıda keçiriləcək COP29-da öz nümayəndəsinin adını açıqlayıb
Fransanın ətraf mühit naziri Kristof Beşu Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Parisi təmsil etmək üçün təyin edilib.
Xatırladaq ki, Şərqi Avropa regional qrupu 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasını (COP29) keçirmək üçün Azərbaycanı seçib. Bu barədə qərar dekabrın 11-də Dubayda keçirilən COP28 konfransı çərçivəsində rəsmi şəkildə elan olunub.
COP29 konfransının Azərbaycanda 2024-cü ilin noyabr ayında keçirilməsi planlaşdırılır.
Paylaş:
Tam mətni oxu →