Ana səhifə›
DÜNYA
›
Dəhşətli qlobal TƏHLÜKƏ! - Saatda 30 milyon ton buz əriyir
DÜNYA
Dəhşətli qlobal TƏHLÜKƏ! - Saatda 30 milyon ton buz əriyir
Ekologiya
AMP
Araşdırmalara görə, Qrenlandiya iqlim dəyişikliyi səbəbindən saatda orta hesabla 30 milyon ton buz itirir. “The New York Times” qəzetinin araşdırmalarına görə, NASA-nın Reaktiv Sürmə Laboratoriyasının əməkdaşı və tədqiqatçısı Çad Qrin və komandası 1985-ci ildən 2022-ci ilə qədər çəkilmiş peyk şəkilləri əsasında xəritə hazırlayıb.Demək olar ki, bütün Qrenlandiya ərazisini əhatə edən 200 mindən çox buzlaq təsviri xəritədə bir araya gətirilib.Bunları araşdıran tədqiqatçılar Qrenlandiyanın saatda orta hesabla 30 milyon ton buz itirdiyini müəyyən ediblər.Məlumatlar göstərib ki, Qrenlandiya proqnozlaşdırılandan 20 faiz çox əriyir.Bundan əlavə, Qrenlandiya 1992-ci ildən bəri təxminən beş trilyon ton buz itirib.Qrin, Qrenlandiyanın demək olar ki, hər bölgəsində eyni vaxtda ərimənin müşahidə edildiyini və buzlaqların geri çəkildiyini qeyd edib.