Tam versiya
Ana səhifə DÜNYA ABŞ-də kəskin soyuq hava səbəbindən ölənlərin sayı 61-ə çatıb
DÜNYA

ABŞ-də kəskin soyuq hava səbəbindən ölənlərin sayı 61-ə çatıb


ABŞ-də son bir həftə ərzində kəskin soyuqlar səbəbindən azı 61 nəfər ölüb.

Bu barədə NBC televiziyası məlumat yayıb.

Ölüm hallarının əksəriyyəti Tennessi və Oreqon ştatlarında qeydə alınıb.

Bundan əvvəl 47 nəfərin öldüyü bildirilirdi.

Yanvarın 12-dən ABŞ-nin bir çox ştatlarında kəskin soyuqlar hökm sürür. Mərkəzi bölgələrdə temperatur mənfi 34,4 dərəcəyə düşüb.

Paylaş:
Tam mətni oxu →