Tam versiya
Ana səhifə DÜNYA Prezidentdən ard-arda mühüm mesajlar: iqlim, enerji böhranı, liderlik prinsipi və ...
DÜNYA

Prezidentdən ard-arda mühüm mesajlar: iqlim, enerji böhranı, liderlik prinsipi və ...


Rusiya Prezidenti Vladimir Putin son çıxışlarında bir sıra mühüm bəyanatlar səsləndirərək həm Qərbin siyasətini tənqid edib, həm də öz mövqeyini aydınlaşdırıb.

Əvvəlcə Putin ABŞ prezidenti Donald Trampın iqlim dəyişikliyi barədə dediyi “liberalların uydurduğu mif” fikrinə münasibət bildirib. O deyib ki, iqlim dəyişikliyi realdır, lakin Qərb bu prosesi siyasi məqsədlərlə manipulyasiya edir: “Bir qədər haqlıdır. Bu, mif deyil, amma bu proseslərdən siyasi məqsədlərlə sui-istifadə var. Burada o tamamilə haqlıdır, razıyam”.

Daha sonra Putin Qərbin enerji siyasətini sərt tənqid edib. Onun sözlərinə görə, atom elektrik stansiyalarının, kömür generasiyasının ard-arda bağlanması Qərbi öz yaratdığı enerji böhranına aparır: “Onlar özlərini dalana dirəyirlər. Atom stansiyalarını bağlayırlar, kömür generasiyasını bağlayırlar – hər şeyi bağlayırlar. Bəs necə yaşayacaqlar?”

Rusiya prezidenti həmçinin şəxsi idarəçilik prinsipindən danışıb: “Bir ümumi qaydam var: çalışıram təkcə vacib hesab etdiyimi deyil, həm də etməmək haqqım olmayanı edim. Nə baş verməsindən asılı olmayaraq”.

Putin SSRİ-nin bərpası barədə Qərbdə səslənən iddialara da cavab verib və bu fikirlərin əsassız olduğunu bildirib: “SSRİ-ni bərpa etmək nə mümkün, nə də məntiqlidir. Qərbdə deyilənlər sadəcə öz əhalisini qorxutmaq üçündür. Ümumilikdə sistemin özü iflasa uğramışdı, bunu etiraf etmək lazımdır”. Musavat.com

Paylaş:
Tam mətni oxu →