Tam versiya
Ana səhifə DÜNYA Avtobus buzlu yolda QƏZAYA DÜŞDÜ - 20 nəfər...
DÜNYA

Avtobus buzlu yolda QƏZAYA DÜŞDÜ - 20 nəfər...


Polşada Ukraynadan gələn sərnişin avtobusunun iştirakı ilə qəza baş verib. Hadisə nəticəsində 20 nəfər xəsarət alıb.


Ekologiya.az-ın “TVN24” telekanalına istinadən verdiyi məlumata görə, qəza səhər saat 4 radələrində Lyublin voyevodasının Qolubye kəndi yaxınlığındakı yolda baş verib. Avtobus döngədə yoldan çıxaraq aşıb. Qəza zamanı qar yağıb və yol buz bağlayıb.


Avtobusda 59 sərnişin və iki sürücü - hamısı Ukrayna vətəndaşları olub. Onlardan 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Avtobusda qalan sərnişinlər yaxınlıqdakı icma mərkəzinə aparılıb. Avtobus Odessa-Varşava marşrutu ilə hərəkət edirdi.


  • Ukrayna Xarici İşlər Nazirliyinin Polşadakı nümayəndəsi bildirib ki, qəza nəticəsində 20 ukraynalı yaralanıb. Yaralılara lazımi tibbi yardım göstərilir.

 

Paylaş:
Tam mətni oxu →