
Braziliyada tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, təyyarədə iki kişi, iki qadın, bir uşaq və iki ekipaj üzvünün olduğu bildirilir.
Xilasedicilərin sözlərinə görə, təyyarə havada üç yerə bölünüb.
Hadisənin hansı şəraitdə baş verdiyi barədə hələlik dəqiq məlumat yoxdur.