Tam versiya
Ana səhifə DÜNYA Ermənistan aviaşirkəti uçuşları dayandırdı – Yalnız Rusiyaya uçurdu
DÜNYA

Ermənistan aviaşirkəti uçuşları dayandırdı – Yalnız Rusiyaya uçurdu


Ermənistanın “Fly Arna” aviaşirkəti uçuşları dayandırıb. Aviaşirkətin yaydığı məlumata görə, bu addım əməliyyat dəyişiklikləri ilə əlaqədar atılıb.

"Fly Arna aviaşirkətinin uçuşları davam edən əməliyyat dəyişiklikləri ilə əlaqədar olaraq hazırda dayandırılıb. Aviaşirkət öz sərnişinləri üçün xidmətləri tez bir zamanda bərpa etməyə çalışır", - məlumatda deyilir.

Qeyd edək ki, “Fly Arna” 2021-ci ilin sentyabrında təsis edilib. Təsisçiləri Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Air Arabia” və Ermənistanın Dövlət Maraqları Fondudur. Aviaşirkət Rusiyaya uçuşlar həyata keçirirdi."Musavat"

Paylaş:
Tam mətni oxu →