Tam versiya
Ana səhifə DÜNYA Dəhşətli yanğın bir qəsəbəni külə döndərdi: 1000 ev yandı, 9 min sakin evini tərk etdi
DÜNYA

Dəhşətli yanğın bir qəsəbəni külə döndərdi: 1000 ev yandı, 9 min sakin evini tərk etdi


Malaziyanın Sabah əyalətində yerləşən üzən qəsəbədə baş verən güclü yanğın nəticəsində təxminən 1000 ev tamamilə yanaraq külə çevrilib.

Ekologiya.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə nəticəsində 9 minə yaxın sakin yaşayış yerini tərk etmək məcburiyyətində qalıb və bölgədə humanitar vəziyyət gərginləşib.

Rəsmi qurumların məlumatına görə, yanğın artıq nəzarət altına alınıb və tam söndürülüb. Sevindirici məqam isə odur ki, hadisə zamanı ölən və ya yaralanan olmayıb.

Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. Yerli hakimiyyət orqanları bildirir ki, ilkin ehtimallar arasında elektrik xətləri və ya məişət səbəbləri nəzərdən keçirilir.

Paylaş:
Tam mətni oxu →