Tam versiya
Ana səhifə DÜNYA Bu ölkədə 7,5 bal gücündə iki dağıdıcı zəlzələ - çox sayda ölən var
DÜNYA

Bu ölkədə 7,5 bal gücündə iki dağıdıcı zəlzələ - çox sayda ölən var


Venesuelada iyunun 24-də baş verən 7,2 və 7,5 bal gücündə iki dağıdıcı zəlzələnin qurbanlarının sayı artmaqda davam edir.

Beləki, ölkənin İnformasiya və Kommunikasiya Nazirliyinin yaydığı son məlumata görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 3 min 889 nəfərə yüksəlib. Yaralıların sayı isə 16 min 740 nəfər olaraq qalır.

Nazirliyin açıqlamasında bildirilib ki, indiyədək 28 min 836 zərərçəkənə tibbi yardım göstərilib, 86 min 794 ailəyə humanitar yardım çatdırılıb. Axtarış-xilasetmə əməliyyatlarında 3 min 931 beynəlxalq xilasedici, 30 min 76 yerli əməkdaş və 29 min 344 könüllü iştirak edir.

Qeyd edək ki, iyunun 24-də 39 saniyə fasilə ilə baş verən iki güclü zəlzələ Venesuelada son illərin ən ağır təbii fəlakətlərindən biri hesab olunur. Təbii fəlakət nəticəsində minlərlə bina dağılıb, on minlərlə insan evsiz qalıb. Rəsmilər dağıntılar altında axtarış-xilasetmə və zərərçəkənlərə yardım işlərinin fasiləsiz davam etdirildiyini bildirirlər.

Paylaş:
Tam mətni oxu →