Tam versiya
Ana səhifə DÜNYA Türkiyədə bir neçə vilayətdə qar uçqunu xəbərdarlığı edilib
DÜNYA

Türkiyədə bir neçə vilayətdə qar uçqunu xəbərdarlığı edilib


Türkiyənin Meteorologiya Baş İdarəsi ölkənin şərqində qar uçqunu gözlədiyini bildirib.

Trend-in məlumatına görə, Meteorologiya Baş İdarəsi Türkiyənin şərqində yerləşən 14 əyalət üçün uçqun təhlükəsinə qarşı “sarı” kodla xəbərdarlıq edib.


Uçqun riskli vilayətlər bunlardır: Ağrı, Rize, Giresun, Trabzon, Şırnak, İğdır, Artvin, Bitlis, Ərzurum, Hakkari, Qars, Muş, Van, Ərdahan.

Paylaş:
Tam mətni oxu →