Ana səhifə›
DÜNYA
›
Rusiya və Çin Ayda AES yerləşdirməyi planlaşdırır
DÜNYA
Rusiya və Çin Ayda AES yerləşdirməyi planlaşdırır
Ekologiya
AMP
“Rusiya və Çin 2033-2035-ci illərdə Aya atom elektrik stansiyasının çatdırılması və onun səthində quraşdırılması imkanlarını nəzərdən keçirir.Musavat.com TASS-a istinadla xəbər verir ki, bunu “Roskosmos”un rəhbəri Yuri Borisov deyib."Bu gün biz çinli həmkarlarımızla birlikdə 2033-2035-ci illərin sonunda Ay səthinə elektrik stansiyasının çatdırılması və quraşdırılması layihəsini ciddi şəkildə nəzərdən keçiririk", - Borisov Siriusda dünya gənclər festivalı zamanı deyib.Onun sözlərinə görə, bu cür missiyanı robotik vasitələrdən istifadə etməklə avtomatik yerinə yetirmək lazım gələcək - bunun üçün lazım olan texnoloji həllər demək olar ki, hazırdır.2021-ci ilin martında “Roskosmos” və Çin beynəlxalq elmi Ay stansiyasının yaradılması sahəsində anlaşma və əməkdaşlıq memorandumu imzalayıblar.Ay proqramının icrası zamanı Yerin təbii peykinə “Çanqe-6”, “Çanqe-7” və “Çanqe-8” avtomatik stansiyaları göndəriləcək.İlk Ay missiyalarının məqsədi əsas texnologiyaların sınaqdan keçirilməsi olacaq ki, bu da uzaqdan idarə oluna bilən eksperimental tədqiqat obyektləri kompleksinin tikintisinə başlamağa imkan verəcək.Bu məqsədlə ilk missiya 2026-cı ildə Aya gedəcək və layihənin 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır.