Tam versiya
Ana səhifə DÜNYA 5,8 bal gücündə zəlzələ oldu
DÜNYA

5,8 bal gücündə zəlzələ oldu


Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Fukusima prefekturasında yerləşib.


Zəlzələdən əvvəl ümummilli fövqəladə xəbərdarlıq sistemi işə salınıb - yerli sakinlərin mobil cihazlarına yaxınlaşan zəlzələ barədə xəbərdarlıq göndərilib. Yeraltı təkanlar Fukusima, Miyaqi və Tokio prefekturaları da daxil olmaqla, şimal-şərq və mərkəzi Yaponiyanın yeddi prefekturasında hiss olunub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Həmçinin "Fukusima-1" AES-də fövqəladə vəziyyətlə bağlı hər hansı məlumat verilməyib.

Paylaş:
Tam mətni oxu →