Ana səhifə›
DÜNYA
›
Bu ölkədə 6,5 bal gücündə zəlzələ baş verdi
DÜNYA
Bu ölkədə 6,5 bal gücündə zəlzələ baş verdi
Ekologiya
AMP
Papua Yeni-Qvineyada 6,5 maqnitudalı zəlzələ olub.“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.Xidmətin verilənlərinə əsasən, yeraltı təkanlar ölkənin Yeni Britaniya adasında baş verib. Zəlzələnin ocağı 49 km dərinlikdə yerləşib. Təbiət hadisəsi yerli vaxtla 06:56-da (Bakı vaxtı ilə 00:56-də) qeydə alınıb.Tələfat və dağıntı barədə məlumat verilməyib.Xatırladaq ki, ötən ay Okeaniya ölkəsində baş vermiş zəlzələ nəticəsində üç nəfər ölmüşdü.