Tam versiya
Ana səhifə DÜNYA Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
DÜNYA

Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib


Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen COP29-a dəvət edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov

“X” sosial şəbəkəsindəki hesabında yazıb.“Aİ-Azərbaycan münasibətlərinin bu günü və gələcəyi ilə bağlı dərin fikir mübadiləsinə görə Avropa Komissiyası sədrinin diplomatik müşaviri cənab Fernando Andresen-Qimaraeşə dərin təşəkkürümü bildirirəm. Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenə noyabr ayında Bakıda keçiriləcək COP29-da dəvət məktubunu çatdırmaq üçün yaxşı fürsət idi”, - V. Sadıqov qeyd edib.

Paylaş:
Tam mətni oxu →