Ana səhifə›
DÜNYA
›
Bakı və Riqa arasında birbaşa aviareyslər COP29-a görə noyabrın sonunadək davam edəcək
DÜNYA
Bakı və Riqa arasında birbaşa aviareyslər COP29-a görə noyabrın sonunadək davam edəcək
Ekologiya
AMP
Bu ilin iyulun 2-dən etibarən Bakı-Riqa-Bakı marşrutu üzrə birbaşa aviareyslər həyata keçiriləcək.Bunu “Report”a Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya bildirib.Onun sözlərinə görə, aviareyslər Latviyaya məsxus olan yük və sərnişin daşımalarında iştirak edən şirkəti “AirBaltic” həyata keçirəcək: “İlk aviareys Riqadan Bakıya olacaq".Bu üçüşların mövsümi olduğuna baxmayaraq, bu il noyabrın sonuna qədər davam edəcək."AirBaltic” Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) sammiti zamanı da uçuşlar təklif edəcək. Düşünürəm ki, bu, noyabrda buraya gəlməyi planlaşdıran insanlar üçün çox əlverişlidir”, - E.Skuya bildirib.Qeyd edək ki, Bakı-Riqa-Bakı marşrutu üzrə aviareyslər çərşənbə, cümə və bazar günləri səhər saat 06:00-da təşkil ediləcək.