Ana səhifə›
DÜNYA
›
Comart Otorbayev: COP29-un uğur əldə etməsi üçün inkişaf etmiş ölkələrlə əməkdaşlıq əlaqələri qurulmalıdır
DÜNYA
Comart Otorbayev: COP29-un uğur əldə etməsi üçün inkişaf etmiş ölkələrlə əməkdaşlıq əlaqələri qurulmalıdır
Ekologiya
AMP
COP29-un uğur əldə etməsi üçün texnoloji inkişafda böyük uğurlar qazanmış ölkələrlə əməkdaşlıq əlaqələri qurmaq lazımdır.“Report” xəbər verir ki, bunu Qırğızıstanın keçmiş Baş naziri Comart Otorbayev Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli görüşdə deyib.Onun sözlərinə görə, texnoloji inkişaf sahəsində ən inkişaf etmiş ölkələrdən biri də Çindir:“Azərbaycanın prioriteti enerji bazarı deyil, elm və innovasiyadır. COP29-da iştirak etmək üçün çoxlu çinli qonağı cəlb etmək məqsədəuyğun olardı”.