Tam versiya
Ana səhifə DÜNYA DƏHŞƏTLİ HADİSƏ: İldırım vurması nəticəsində 19 nəfər öldü
DÜNYA

DƏHŞƏTLİ HADİSƏ: İldırım vurması nəticəsində 19 nəfər öldü


Hindistanın Bihar əyalətində güclü yağış və şimşək çaxması ilə müşayiət olunan tufan 10 bölgəyə təsir edib.

Ekologiya.az Lent.az-a istinadla xəbər verir ki, güclü yağışlar zamanı tarlada işləyən və ya ağacların altında gizlənən 19 nəfər ildırım vurmasından ölüb, 7 nəfər isə yaralıdır.

Hindistan Meteorologiya Departamenti yaxın 24 saat ərzində Biharın şimal, cənub-şərq və cənub-mərkəzi hissələrində ildırım və şimşək çaxması ilə müşayiət olunan güclü yağışa görə sarı xəbərdarlıq edib.

Hər il musson mövsümünün başlaması ilə Hindistanda yüzlərlə insan ildırım vurması nəticəsində ölür.


Paylaş:
Tam mətni oxu →