Tam versiya
Ana səhifə DÜNYA Ekologiya nazirinin keçmiş müavini hökuməti məhkəməyə verdi
DÜNYA

Ekologiya nazirinin keçmiş müavini hökuməti məhkəməyə verdi


Ermənistanın ekologiya nazirinin keçmiş müavini Qayane Qabrielyan hökuməti məhkəməyə verib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i “Datalex” məhkəmə informasiya portalına istinadən məlumat yayıb.

O, öz vəzifəsinə bərpa olunmasını və məcburi fasiləyə görə kompensasiya ödənilməsini tələb edir.

2024-cü il martın 21-də baş nazir Nikol Paşinyanın əmri ilə vəzifəsindən uzaqlaşdırılan Qabrielyan istefasının qanunsuz olduğunu təkid edir.

Paylaş:
Tam mətni oxu →