Serbiyanın “Krusik” müdafiə zavodundakı sexlərdən birində partlayış baş verib.
Trend bu barədə ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, partlayış zamanı sexdə 20 işçi olub, onlardan yeddisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edilir ki, “Krusik” Serbiyanın ən böyük müdafiə sənayesi müəssisələrindən biridir və dövlətə məxsusdur.