Tam versiya
Ana səhifə DÜNYA Ekoloji hüquq beynəlxalq Məhkəmələr Assosiasiyasının diqqət mərkəzindədir - Duro Sessa
DÜNYA

Ekoloji hüquq beynəlxalq Məhkəmələr Assosiasiyasının diqqət mərkəzindədir - Duro Sessa


Ekoloji hüquq və ətraf mühitin qorunmasında məhkəmələrin rolu artıq bir neçə ildir ki, Beynəlxalq Məhkəmələr Assosiasiyasının (IAJ) mərkəzindədir.

Trend xəbər verir ki, bu barədə IAJ-nin prezidenti Duro Sessa Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə “Hüquq və iqlim” (Law and climate) mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

"Ekoloji hüquq və məhkəmələrin ətraf mühitin qorunmasında rolu diqqət mərkəzindədir. 2014-cü ildə Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən görüşdən sonra bu mövzuda aktiv iş aparılır. Son dövrlərdə baş verən hadisələr ətraf mühitin qorunmasını və məhkəmələrin rolunu yeni səviyyəyə qaldırdı.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı hüquq icmasında geniş müzakirələrə səbəb oldu. Bu qərarda "Klima Senyoren" işi müzakirə olunub və assosiasiyalara mühüm ictimai əhəmiyyət kəsb edən məsələlərdə ədalətə çıxış hüququ verilməsi məsələsi qaldırılıb. Avropa Məhkəməsi iqlim dəyişmələrini bu dövrün ən kəskin problemlərindən biri kimi tanıyıb və yalnız mövcud ekoloji qanunvericiliyə əsaslanan yanaşmanın kifayət etmədiyini bildirib", - o qeyd edib.

Onun sözlərinə görə, bu qərarda iqlim dəyişmələrinin yaratdığı təhdidlərdən hüquqları qoruyan birliklərə qurban statusu verilib.

Qərarda həmçinin, İsveçrəm əhkəmələrinin müvafiq məsələləri nəzərdən keçirmədiyi və bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğu vurğulanıb. Bu qərar ekoloji təhdidlərə dair məhkəmə proseslərində assosiasiyaların prosedur hüquqlarının qorunmasında yeni standart yaradıb. Lakin, "Klima Senyoren" assosiasiyasının şikayətlərinin milli instansiyalar tərəfindən araşdırılmaması narahatlıq doğurur və Avropa İnsan Hüquqları Məhkəməsi bu işi milli məhkəmələrə geri göndərməli olub", - o əlavə edib.

Xatırladaq ki, Beynəlxalq Məhkəmələr Assosiasiyası 1943-cü ildə Zalsburqda təsis edilib. Bu, müstəqil məhkəmə hakimiyyətinin qorunmasını təmin edən beynəlxalq qeyri-siyasi təşkilatdır və hazırda 92 milli assosiasiya və ya nümayəndə qruplarını birləşdirir.

Qeyd edək ki, Beynəlxalq Hakimlər Assosiasiyası 1943-cü ildə Zalsburqda yaradılıb. Bu, Milli Məhkəmələr Assosiasiyalarını birləşdirən peşəkar, qeyri-siyasi beynəlxalq təşkilatdır. Birliyin əsas məqsədi ədalətin təmin edilməsi və insan hüquq və azadlıqlarının təmin edilməsi üçün ən vacib şərt olan məhkəmə müstəqilliyini qorumaqdır.

Paylaş:
Tam mətni oxu →