Ana səhifə›
DÜNYA
›
Yaşayış binası çökdü, 40 nəfər dağıntılar altında qaldı
DÜNYA
Yaşayış binası çökdü, 40 nəfər dağıntılar altında qaldı
Ekologiya
AMP
Nigeriyanın Lagos şəhərində tikintisi tam başa çatmamış yaşayış binası çöküb, nəticədə azı 40 nəfərin dağıntılar altında qaldığı bildirilir.Ekologiya.az xəbər verir ki, hadisə yerində xilasedicilər və könüllülər işləyir və artıq beş nəfər xilas edilib.Hadisənin səbəbləri hələ dəqiqləşdirilməyib, lakin Nigeriyada tikinti standartlarına riayət edilməməsi və keyfiyyətsiz materialların istifadəsi nəticəsində baş verən oxşar hadisələr son illərdə artıb.