Tam versiya
Ana səhifə DÜNYA Dəhşətli zəlzələ baş verdi, 95 NƏFƏR ÖLDÜ - 124 yaralılar VAR
DÜNYA

Dəhşətli zəlzələ baş verdi, 95 NƏFƏR ÖLDÜ - 124 yaralılar VAR


Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən güclü zəlzələ nəticəsində azı 8 nəfər ölüb. 

Ekologiya.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Pekin vaxtı ilə gecə yarısı (Bakı vaxtı ilə 20:00) maqnitudası 6,2 olan yeraltı təkanlar qeydə alınıb. Zəzlzələnin episentri 10 km dərinlikdə yerləşir.

Zəlzələ ilə əlaqədar yaradılmış qərargahı açıqlama yayıb. Yeraltı təkanlar nəticəsində Qansu vilayətində 86 nəfər ölüb, 96 nəfər xəsarət alıb. Zəlzələ qonşu Çinhay vilayətində də insan itkisinə və dağıntılara səbəbə olub. Çinhayda 9 ölüm qeydə alınıb, 124 nəfər xəsarət alıb.

Qeyd edək ki, yerli vaxtla gecə saat 4-də Qansu vilayətinin Cişişan rayonunda 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.


Paylaş:
Tam mətni oxu →