• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 7,4 bal gücündə zəlzələ baş verib

    17

    dek

    7,4 bal gücündə zəlzələ baş verib

    Vanuatu sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.

    Ekologiya.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 12:47-də (Bakı vaxtı ilə saat 05:47-də) paytaxt Port Viladan 25 km qərbdə qeydə alınıb. Zəlzələnin ocağı isə 28 km dərinlikdə yerləşib.

    ABŞ-nin Sunami Xəbərdarlıq Sistemi sunami təhlükəsi elan edib.

    Tələfat və dağıntılar barədə məlumat yoxdur.

    Tarix : 17-12-2024, 11:05 | Oxunub: 1 048