Tam versiya
Ana səhifə DÜNYA Göbələk zəhərlənməsi orqan çatışmazlığına səbəb ola bilər
DÜNYA

Göbələk zəhərlənməsi orqan çatışmazlığına səbəb ola bilər


Göbələk zəhərlənməsi orqan çatışmazlığına səbəb ola bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Bursa Yüksək İxtisas Təhsil və Araşdırma Xəstəxanasında Təcili Tibb mütəxəssisi professor Halil Kaya söyləyib.

Professor göbələk yedikdən sonra ilk altı saatın vacib olduğunu vurğulayıb. Bildirib ki, göbələk zəhərlənməsi bir çox orqanlara, xüsusən də qaraciyər çatışmazlığına səbəb ola bilər. İnsanların göbələk yediyi zaman şikayətlərinin erkən və ya gec başlamasını bilməyi əhəmiyyətlidir. O, ilk iki saat ərzində başlayan göbələk zəhərlənməsinin klinik mənzərəsinin nisbətən daha yaxşı olduğunu diqqətə çatdırıb: “Göbələk istiyə davamlıdır. Buna görə də onda toksinin təsiri yox olmur. Məhz buna xüsusi diqqət yetirmək vacibdir. Üstəlik, göbələyin növünü, formasını nə qədər yaxşı bilirik? Onun zəhərli və ya zəhərsiz olduğunu bilmək mütləqdir.

Əgər insanda altı saatdan sonra zəhərlənmə əlamətləri yaranmağa başlayırsa, bu zaman çərçivəsi daha önəmlidir. İnsanlar bu vaxta daha diqqətli yanaşmalıdır”, - deyə H.Kaya əlavə edib.
 

Paylaş:
Tam mətni oxu →