Ana səhifə›
EKOLOGİYA
›
ETSN: Bakıda və Abşeron yarımadasında iqlim normasından 7,5 dərəcə aşağı temperatur müşahidə olunur
EKOLOGİYA
ETSN: Bakıda və Abşeron yarımadasında iqlim normasından 7,5 dərəcə aşağı temperatur müşahidə olunur
Ekologiya
AMP
Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır.Ekologiya.az xəbər veri ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.O vurğulayıb ki, hazırda Bakıda və Abşeron yarımadasında 3 dərəcə şaxta qeydə alınır: "Bu da çoxillik iqlim normasından 7.5 dərəcə aşağıdır. Çoxillik meteoroloji məlumatlara görə, fevral ayının iqlim norması müsbət 4,5 dərəcə təşkil edir. Azərbaycanın bəzi dağlıq rayonlarında qar örtüyünün hündürlüyü 1 metrə çatır”.