Samur-Yalama Milli Parkının Tel-bulağı marşrutunda səmti müəyyən etmə idman növü üzrə yarış keçirilib - FOTO
Xaçmaz rayon Yalama kənd tam orta məktəbinin müəllim və şagird heyətinin iştirakı ilə baş tutan tədbir zamanı milli parkın mütəxəssisləri tərəfindən iştirakçılara park haqqında ətraflı məlumat verilib, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.