Tam versiya
Ana səhifə EKOLOGİYA Hövsanda “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək
EKOLOGİYA

Hövsanda “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək


Aprelin 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə ilin ilk “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.

Araz Hövsan superstore qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər. 

Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq. Ekologiya.az


Paylaş:
Tam mətni oxu →