SN: Ölkədə yüksək texnoloji kimyəvi və toksikoloji laboratoriya mövcud deyil
Həmçinin, qeyd etmək istərdim ki, laboratoriyada olan qaz xromatoqrafının (elektron) kitabxanasının yaddaşında iki yüz on iki mindən çox maddə mövcuddur ki, bu da naməlum zəhərlənmələrin səbəblərinin müəyyən olunmasında mühüm rol oynayır. Bəzən tibb müəssisələri və digər qurumlarda narkotik maddələrin test üsulu ilə yoxlanması zamanı neqativ hallar baş verir. Test üsulu istiqamətverici xarakter daşıyır və alınan nəticələr yanlış ola bilir. Bu isə ondan irəli gəlir ki, bəzi dərman vasitələrinin və qida məhsullarının qəbulu zamanı analizlər testlə yoxlanıldıqda yanlış -mənfi, yanlış müsbət (kross-reaktivlik) nəticə əldə olunur. Belə halların araşdırılması Laboratoriyada yüksək ixtisaslı peşəkar mütəxəssislər tərəfindən qaz və maye xromatoqroflarında aparılır və dəqiq nəticələr əldə olunur”.
Direktor sonda qeyd edib ki, mərkəz elmi tədqiqat məqsədilə dissertant və digər mütəxəssislərə geniş imkanlar təqdim edir:
“Peşəkar mütəxəssislər tərəfindən onlara təcrübi və metodoloji dəstək göstərilir. Hazırda Azərbaycan Tibb Universiteti ilə bağlanmış müqavilə əsasında universitetin Əczaçılıq fakültəsinin tələbələri laboratoriyada istehsalat təcrübəsi keçirlər”.