Tam versiya
Ana səhifə EKOLOGİYA ETSN şagirdlərlə ekoloji maarifləndirici görüş keçirilib
EKOLOGİYA

ETSN şagirdlərlə ekoloji maarifləndirici görüş keçirilib


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 172 saylı tam orta məktəbdə ekoloji maarifləndirici tədbir keçirilib.

Mütəxəssislər tərəfindən məktəblilərə son dövrlər ətraf mühitin sağlamlaşdırılması, xüsusən də ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər, qarşıda duran prioritet məsələlər barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Eyni zamanda, uşaqlara səyyar labaratoriya vasitəsilə monitorinqlərin necə aparılması üsulu əyani nümayiş olunub, dəniz suyunun analiz prosesi göstərilib. Ekologiya.az
Paylaş:
Tam mətni oxu →